“İskəndər-M”-in necə əldə edilməsi, kim tərəfindən verilməsi, kimin tapşırığı ilə ərazilərimizə atılması mütləq araşdırılmalı və müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır”-MM-İN KOMİTƏ SƏDRİ

İşğaldan azad olunmuş Şuşa şəhərində və onun ətrafında həyata keçirilən minalardan təmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər-M” raketinin qalıqlarının tapılması erməni faşizminin mahiyyətini və bu təcavüzkar dövlətə havadarlıq edənlərin çirkin niyyətlərini bir daha nümayiş etdirir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, halbuki həm Ermənistanın siyasi – hərbi hakimiyyəti, həm də ona dəstək verənlər müharibə dövründə Azərbaycan ərazilərinə “İskəndər” raketinin atılmasını dəfələrlə təkzib edir və bunun mümkün olmadığını söyləyirdilər:

“Raketin qalıqları və onun düşdüyü yerin dağıntıları bir daha göstərdi ki, Ermənistan beynəlxalq hüququn bütün normalarını pozaraq insanlığa zidd bəşəri bir cinayət törədib və öz cinayətkar əməllərini bir müddət pərdələməyə nail olub. Təbii ki, bu Ermənistan təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi birinci cinayəti deyil və yüz illərdir ki, millətçi ermənilər azərbaycanlıların, türklərin qanını axıtmaqla fəxr ediblər.

Beynəlxalq ictimaiyyət isə uzun müddətdir bunu görür və təəssüflər olsun ki, susur. Əksinə erməniləri əzilən, yazıq, hüquqları pozulan bir xalq kimi təqdim etməklə, faşizmin, təcavüzün əl-qol açmasına imkan yaradırlar”.

T. Rzayev mətbuata açıqlamasında vurğulayıb ki, böyük dağıdıcı gücə malik olan “İskəndər-M” raketinin Şuşaya atılması bir reallıqdır və dünya, beynəlxalq təşkilatlar, dövlət rəhbərləri, siyasətçilər insanlığa zidd olan bu əməllərə öz münasibətini bildirməlidir:

“Bu silahın necə əldə edilməsi, kim tərəfindən verilməsi, kimin tapşırığı ilə ərazilərimizə atılması mütləq araşdırılmalı və müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır”.

Etikxeber.az

Read Previous

Prezident Xocavənd avtomobil yolunun tikintisi üçün 13,6 milyon-MANAT AYIRDI

Read Next

Azərbaycanda hərbçi yanaraq-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir