İSLAHAT NƏDİR? – Deputat yazdı

İnqilablardan (mövcud olanın dağdılması) fərqli olaraq İSLAHATLAR cəmiyyətdə yığılmış ziddiyətləri həll edir və ola biləcək sosial gərginliyi kompromislər və dəyişikliklər yolu ilə aradan qaldırır.

HAKİMİYYƏTİN islahatları həyata keçirərkən ƏSAS BACARIĞI ondan ibarət olur ki, vaxtı, miqyası, resursları və dəyişikliklərin nəticələrini diqqətlə təhlil edərək və planlaşdıraraq bir tərəfdən islahatlarda daha çox maraqlı olan əhali təbəqəsi tərəfindən dəstək qazanmaqla islahatları cəsarətli və məqsədyönlü şəkildə aparır, digər tərəfdən isə bu ishalatları apararkən lazımi səviyyədə sayıq və çevik olur.

2018-ci ilin aprel ayında cənab İlham Əliyevin xalqın yüksək etimadı ilə Prezident seçilməsi 1-ci amilin təmin olunduğunu, yəni əhalinin mütləq əksəriyyətinin islahatları dəstəklədiyini deməyə imkan verir.

Digər tərəfdən, islahatlar gedə-gedə müxtəlif təhlillərin və ölçmələrin aparılması, islahatlara şəxsən ölkə Prezidentinin başçılıq etməsi, bir çox məsələlərə şəxsən müdaxilə etməsi, kadr dəyişiklikləri 2-ci amilin də təmin olunduğunu, yəni hakimiyyətin bu mərhələdə kifayət qədər sayıq və çevik olduğunu deməyə imkan verir.

İSLAHAT – dövlətin mövcud siyasi və iqtisadi strukturunun təkmilləşməsi, yenidən qurulması üçün kompleks tədbirlər məcmusudur. İslahat bir yoldur. Xarakterinə görə islahatları RADİKAL, YUMŞAQ VƏ MİNİMAL ishalatlar kimi ayırmaq mümkündür.

RADİKAL İSLAHATLAR – cəmiyyətin siyasi və iqtisadi quruluşunun əsaslarını dəyişir və sosial həyatın bir çox istiqamətlərini əhatə edir: dövlət quruluşu, ölkə təsərrüfatı, təhsil, elm, hərbi kompleks, məhkəmə hakimiyyəti və s. sahələri. Radikal islahatlara əsas misal kimi, Rusiyada Y.Qaydarın “Şok terapiyası” kimi islahatlarını göstərmək olar. Radikal islahatların demək olar ki, hamısı cəmiyyət üçün çox ağrılı olur və çox halda iflasla nəticələnir. Radikal islahatları keçirmək üçün tələb olunan məcburi şərait əhalinin əksəriyyətinin maddi rifah halının kəskin pisləşməsinə səbəb olan dərin iqtisadi böhrandır.

musavira-ilya-7

YUMŞAQ İSLAHATLAR mövcud sistemin onun fundamental əsaslarına toxunmadan modernizasiyasını təmin edir. Bu dəyişikliklərə misal kimi, iqtisadiyyatın dövlət tənzimləməsini dərəcəsinin aşağı salınması, rəqabətin inkişaf etdirilməsi, azad sahibkarlığa dövlət dəstəyinin səviyyəsini artırılması, əhaliyə sosial dəstəyin səviyyəsinin artırılması və s göstərmək olar. Bu tip islahatlar daha səmərəli və qəbul edilən olur.

MİNİMAL İSLAHATLAR – yalnız tənzimləmə xarakteri daşıyır və siyasətdə, iqtisadiyyatda, idarəetmə sistemində mövcud olan mexanimlərdə cüzi dəyişiklikləri əhatə edir.

İslahat aparan bir çox ölkələrin təcrübəsi göstərir ki, islahatların nəticələrinin uğurlu olması islahat prossesinin ardıcıl və dönməzliyi ilə bağlıdır. Eyni zamanda əks islahatçı qüvvələrin fəaliyyətlərinin neytrallaşdırılması da islahatların uğurlu nəticələrinə birbaşa təsir edir. Məşhur islahatçı, Çar Rusiyasının baş naziri P.Stolıpin deyirdi: “Dövlətə 20 il daxili və xarici sabitlik verin və siz indiki Rusiyanı tanımayacaqsız”. 1911-ci ildə Stolıpini güllələməklə dövlətə bu müddəti vermədilər, nəticələr isə: inqilab, terror, aclıq, müharibə, geriləmə və s… oldu.

Azərbaycanda sosial-iqtisadi islahatlar uğurla aparılır.

Dünya Bankı 2020-ci il hesabatıda da Azərbaycan dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçildi.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan rəy sorğusunda əhalinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi – islahatların rəhbərini dəstəklədi.

Azərbaycanda ictimai siyası sabitliyin möhkəm olması da islahatların sürətli və əhatəli olması üçün münbit şərait yaratmışdır. İslahatların aparılması üçün gecli siyasi iradənin və liderin olması nəticələrin hər il daha da yaxşılaşmasına mühüm zəmanət verir.

Tahir MİRKİŞİLİ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Avronest” PA-nın Büro iclası keçiriləcək…

Read Next

“Bu,Ermənistanın ifşası siyasətini daha da gücləndirəcək…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir