“İslahatlara alternativ yoxdur…”- TAHİR RZAYEV

Tahir RZAYEV: “Dövlət başçısının çıxışında qarşıya qoyulan vəzifələr inkişafa vüsət vermək, vətəndaşları narahat edən, düşündürən problemləri aradan qaldırmaq və qulluq sahəsində hər bir dövlət məmurunun məsuliyyətini artırmaq baxımından dəyərlidir”

Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirə, İlham Əliyevin dərin məzmunlu və əhatəli çıxışı nəinki bu ilin 9 ayının iqtisadi göstəricilərini təhlil etmək, eləcə də, həmin dövrdə ölkə həyatında, dünyada baş verən hadisələri qiymətləndirmə baxımından əhəmiyyətlidir. Dövlət başçısı uğurlara, qazanılan nailiyyətləriə, həyata keçirilən islahatlara önəm verməklə bərabər, həm də gələcək inkişafımıza kölgə salan, mane olan, insanları narahat edən, müəyyən çətinliklərə yol açan amilləri də diqqətə çatdırdı və hər bir vəzifə sahibinə öz işində məsuliyyətli olmağı tapşırdı.

Prezidentin çıxışında əksini tapan rəqəmlər – ilin 9 ayı ərzində qeyri-neft sənayesində artımın 15 faizdən, qeyri-neft sektorunda 3 faizdən, kənd təsərrüfatında 7 faizdən çox olması, inflyasiyanın aşağı düşməsi, işsizliyin azalması, bütün sahələrdə islahatların, mühüm sosial tədbirlərin həyata keçirilməsi, insanların rifah-halının ildən-ilə yaxşılaşması və ölkədəki inkişafın dünyanın beynəlxalq nüfuzlu maliyyə qurumları, iqtisadçıları tərəfindən qiymətləndirilməsi fərəhləndirici haldır. Ölkə rəhbəri müşavirədə diqqəti keçən ilin prezident seçkilərindən sonra andiçmə mərasimində etdiyi çıxışa və verdiyi vədə yönəldərək qeyd etdi ki, həmin çıxışda müəyyənləşdirilmiş hədəflər proqram xarakterli idi və qarşıya qoyulan vəzifələr artıq müvəffəqiyyətlə yerinə yetirilməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

iqtisadi musavira

tahir_rzayev_C00134

O, bildirib ki, Prezident sosial siyasətimizin birmənalı olduğunu və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha bəyan etdi.

“O, sosial sahədə islahatların bundan sonra da davam etdiriləcəyini, vətəndaşlara qayğı və diqqətin durmadan artacağını bildirdi. Minimum əmək haqlarının, pensiyaların artırılmasını, özünüməşğulluq proqramlarının genişlənməsini, ünvanlı sosial yardım alanların sayının çoxalmasını təbii hesab edən ölkə rəhbəri bu sahədə daha ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırdı.

Gələn ilin büdcəsində sosial məsələlərin geniş əks olunacağına əminliyini bildirən İlham Əliyev həm də büdcədən qənaətlə istifadə olunmasına nəzarət edilməsini diqqətə çatdırdı, korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmasının, sosial-iqtisadi sahədə yol verilən bəzi çatışmazlıqların xeyli aradan qaldırılmasının və bundan sonra da islahatlara geniş meydan verilməsinin vacibliyini qeyd etdi. Dövlət başçısının çıxışında qarşıya qoyulan vəzifələr inkişafa vüsət vermək, vətəndaşları narahat edən, düşündürən problemləri aradan qaldırmaq və qulluq sahəsində hər bir dövlət məmurunun məsuliyyətini artırmaq baxımından dəyərlidir.

Cənab İlham Əliyev qeyd etdi ki, islahatlara alternativ yoxdur və islahatlar bundan sonra da davam etdirilməlidir”-deyə, T.Rzayevin sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu gün -18 oktyabr Müstəqillik Günüdür!

Read Next

“Heç kim, heç bir qüvvə bu prosesə mane ola bilməyəcək…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir