İslam Həmrəylik Oyunlarına səkkiz min könüllü cəlb olunacaq

Gələn il mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarına cəlb olunacaq könüllülərin seçim prosesi davam edir.

Etikxeber.az xəbər verir ki, IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, “Bakı-2017”nin könüllülər üzrə səfiri Elçin Səfərov dekabrın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındakı Könüllülər Mərkəzində yaradılan şərait və seçim prosesi ilə tanış olub.

“Bakı-2017”nin oktyabrın 17-də start verilən könüllülük proqramına qeydiyyat mərhələsi davam edir. Fevraladək davam edəcək qeydiyyat prosesindən uğurla keçən 8 min könüllü əlamətdar idman tədbirinin bir hissəsi olacaq. Hazırda qeydiyyatdan keçən 10 min könüllüdən 3 mini müsabiqədə iştirak edib. Könüllülər mərkəzində gənclərin ingilis dilində rahat ünsiyyət qurma bacarığını inkişaf etdirmək məqsədilə ödənişsiz kurslar fəaliyyət göstərir.

Etikxeber.az

Read Previous

Prezidentlə xanımı Data və Beynəlxalq Kommutasiya mərkəzinin açılışına qatılıb – FOTOLAR – YENİLƏNİB

Read Next

Nuridə Allahyarova Bakı Nəqliyyat Agentliyindən getdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir