İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq

Dördüncü İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq. Biletlərin satışının eynilə birinci Avropa Oyunlarında olduğu kimi həyata keçirilməsi nəzərdə tutulub. Satışa Novruz bayramından etibarən başlanılacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə fevralın 1-də jurnalistlərə müsahibəsində “Bakı-2017″ IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov məlumat verib. O qeyd edib ki, “Bakı-2017”nin açılış və bağlanış mərasimləri üçün biletlər də bu tarixdə satışda olacaq. Yarışlara biletlərin qiymətləri 2 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün isə 10 manatdan başlanacaq.

E. Səfərov deyib ki, ölkənin aparıcı universitet və təşkilatlarından 12 min 500-dən çox könüllü Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə qeydiyyatdan keçib. Onlardan 8 mini könüllü kimi fəaliyyət göstərməsi üçün seçiləcək. O bildirib ki, “Bakı-2017”nin başlanmasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır. Əvvəllər beynəlxalq yarışların keçirilmədiyi idman qurğularında texniki quraşdırma işləri tamamlanmalıdır.

Etikxeber.az

Read Previous

“Lill”li “Nitsa”da…

Read Next

Kür və Araz üzərində növbəti monitorinqlər keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir