İslamiada: Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finala vəsiqə qazandı- FOTO

Mayın 17-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında yarımfinal görüşləri keçirilib.

Etikxeber.az xəbər verir ki, birinci yarımfinal görüşündə Azərbaycan yığma komandası Tacikistan millisinə hər üç setdə asanlıqla qalib gəlib – 3:0 (25:6, 25:10, 25:6).

İkinci yarımfinal görüşündə isə Türkiyənin və Qırğızıstanın qadın voleybolçuları üz-üzə gəliblər. Görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb – 25:9, 25:14, 25:12.

Beləliklə, qadın voleybolçuların yarışının mayın 18-də keçiriləcək sonuncu oyunlarında Tacikistan və Qırğızıstan komandaları bürünc medallar uğrunda üz-üzə gələcəklər. Final görüşündə isə Azərbaycan və Türkiyə milliləri çempion adı uğrunda yarışacaqlar.

Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.

Etikxeber.az

Read Previous

Azərbaycan güləşçilərinin “İslamiada”da ilk qızıl medalını Orxan Nuriyev qazandı

Read Next

Daha 3 idmançımız finalda – HƏRÇƏQANİ DƏ ÇEMPİON OLDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir