“İslamiada” da hələ uzun illər yaddaşlarda silinməz izlər buraxacaq” – KOMİTƏ SƏDRİ

“Azərbaycan  İslam, müsəlman dünyasının ən önəmli mərkəzlərindən biridir. Ölkəmiz  hər zaman İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli”  elan edilməsi də ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub”.

islamiada-acilis

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E. İbrahimov qeyd edib ki, Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması bütün müsəlman dövlətlərinə, bütövlükdə dünyaya bir mesajdır.

islamiada-3

Onun sözlərinə görə, çünki hazırki şəraitdə İslam həmrəyliyi çox zəruridir:

“Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür. Çox sevindirici haldır ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edib. Bu fakt bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir”.

mehriban-islam-2

Bir neçə gün möhtəşəm açılış mərasimi ilə start götürən 4-cü İslam Həmrəyliyi Oyunlarının da bir daha İslam aləmində birliyin və həmrəyliyin möhkəmləndirilməsinə böyük töhvə verəcəyini qeyd edən komitə sədri qeyd edib ki, Azərbaycan, ümumiyyətlə, bu gün dünyada hər bir sahədə dialoq, əməkdaşlıq məkanıdır.

ilham-islam-7

“Azərbaycan son illər dünya, beynəlxalq və regional miqyaslı bir sıra nüfuzlu təbdirlərə, forumlara, idman və musiqi yarışmalarına ev sahibliyi edib və bu gün də etməkdədir. Bu da Azərbaycanın inkişafının, dünyadakı nufuzunun, sabitlik adası olmasının əyani göstəricisidir. Əgər Azərbaycanda inkişaf, tərəqqi, sabitlik olmasaydı, bu cür nüfuzlu təbdirlərə, yarışmalara da ev sahibliyi edə bilməzdi. Bunlar da ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi uzaqgörən və müdrik siyasət sayəsində mümkün olub. Bizim bəxtimiz onda  gətirib ki, Heydər Əliyev kimi Ümummilli Liderimiz, İlham Əliyev kimi Prezidentimiz var.

Bu baxımdan da hesab edir və inanıram ki, bugünə kimi, Azərbaycan digər beynəlxalq forum və yarışmalara necə uğurlu, layiqli ev sahibliyi etməyi bacarıbsa, 4-cü İslam Həmrəyliyi Oyunlarına da o cür uğurlu və layiqli ev sahibliyi edəcək. Möhtəşəm Birinci Avropa Oyunlarından sonra Azərbaycan 4-cü İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyəli ev sahibliyi etməklə, dünyada daha bir uğura, zəfərə imza atacaq, ölkəmizin regionda və beynəlxalq alımdə rolu, nüfuzu daha da artacaq. 

4-cü İslam Həmrəyliyi Oyunları da hələ uzun illər yaddaşlarda dərin və silinməz izlər buraxacaq. Hər kəs bu Oyunların xoş xatirələri ilə yaşayacaq…”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

eldar-5

Komitə sədri daha sonra bildirib ki, 4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsində, yüksək səviyyəli hazırlıq və təşkilatçılıq işlərində ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük və müstəsna xidmətləri var:

“İstər ölkə Prezidenti cənab İlham Əliyev, istərsə də birinci vitse-prezident Mehriban xanım Əliyeva 4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi üçün böyük əmək və zəhmət sərf ediblər. Oyunların bu cür yüksək səviyyədə baş tutması və keçirilməsi də ilk növbədə onların adı, zəhməti ilə bağlıdır. Bu baxımdan, həm cənab İlham Əliyevə, həm də Mehriban Əliyevaya öz təşəkkür və minnətdarlığımızı idafə edir, onlara Azərbaycan naminə fəaliyyətlərində bundan sonra da uğurlar, zəfərlər arzulayırıq”.

Etikxeber.az

Read Previous

Pakistan regional sülh, əlaqələndirmə və inteqrasiya prinsipinə sadiqdir – HÜSEYN

Read Next

Azərbaycanın “İslamiada”da 40-cı qızıl medalı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir