İslamiada: Kişi voleybolçuların yarışında “A” qrupunun qarşılaşmaları başa çatdı

Kişi voleybolçuların yarışında qrup mərhələsinin sonuncu oyunları keçirilib.

Etikxeber.az xəbər verir ki, əvvəlcə “A” qrupunda yer alan Türkiyə və Fələstin yığmaları qarşılaşıblar. Türkiyə millisi hər üç setdə böyük fərqlə qələbə qazanıb – 25:15, 25:8, 22:6. Fələstin yığması sonuncu set başa çatmamış qarşılaşmanı davam etdirmək istəməyib. Beləliklə, Türkiyə voleybolçuları oyunda 3:0 hesabı ilə qalib gəlib.

Bu qrupun digər oyununda Türkmənistan və Pakistan yığmaları mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Pakistan voleybolçuları oyunu öz xeyrinə başa vurublar – 3:1. İlk iki seti (25:22, 25:22) aktivinə yazdıran pakistanlı voleybolçular üçüncü setdə 24:26 hesabı ilə məğlub olublar. Lakin Pakistan millisi dördüncü setdə gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıb.

Etikxeber.az

Read Previous

“Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb” – DTX RƏİSİ

Read Next

Bakıda Türkiyənin mədəniyyət günləri keçiriləcək – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir