İslamiada: Türkiyənin kişi və qadın tennisçiləri çempion oldular- FOTO

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışlarının dördüncü günündə komandaların mübarizəsinə yekun vurulub.

Etikxeber.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda kişilərin mübarizəsində üçüncü yer uğrunda görüşdə Qətər və Özbəkistan milliləri qarşılaşıblar. Oyunda fərdi görüşlər heç-heçə başa çatıb – 1:1. Cütlüklərin mübarizəsində qələbə qazanan Özbəkistan yığması İslamiadanın bürünc medalını əldə edib.

Qızıl medal uğrunda görüşdə isə Türkiyə və Pakistan komandaları mübarizə aparıblar. Fərdi görüşlərdə Türkiyə millisi 2:0 hesabı ilə qalib gəldiyi üçün cütlüklərin yarışı keçirilməyib və qarşılaşma qardaş ölkə idmançılarının qələbəsi ilə başa çatıb.

Beləliklə, kişi tennisçilərin komanda yarışında Türkiyə qızıl, Pakistan gümüş, Özbəkistan isə bürünc medala sahib olub.

Qadınların yarışında seçmə mərhələ çərçivəsində “A” qrupunda Azərbaycan və Pakistan tennisçiləri üz-üzə gəliblər. Fərdi görüşlərdə hesab 1:1 olsa da, cütlüklərin mübarizəsində Azərbaycan tennisçiləri qələbə qazanıblar və yekun hesab millimizin xeyrinə başa çatıb – 2:1. Lakin bu qələbə komandamızın medallar uğrunda mübarizəyə qoşulması üçün kifayət etməyib.

İslamiadada qadın tennisçilərin yarışında qızıl medala finalda Özbəkistan yığmasına 2:0 hesabı ilə qalib gələn Türkiyə idmançıları layiq görülüblər. İkinci yeri Özbəkistan, üçüncü yeri isə Türkmənistan tennisçiləri tutublar.

Sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.

Bununla da IV İslam Həmrəyliyi Oyunlarında tennis üzrə komanda yarışlarına yekun vurulub. Mayın 16-da fərdi yarışlar start götürəcək.

Etikxeber.az

Read Previous

Daha 3 boksçumuz “İslamiada”nın ən azı bürünc medalını təmin edib- FOTO

Read Next

İctimai çimərliklərlə bağlı tələblər müəyyənləşib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir