İsmayıllıda yeraltı təkanlar qeydə alınır – ÖLKƏDƏ ZƏLZƏLƏ BAŞ VERDİ, 3 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB – (7)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatina görə, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  Etikxeber.az-a bildirilib ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 kilometr cənubda – Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Həmçinin saat 23:37-də Pirqulu stansiyasından 8 kilometr qərbdə – Ağsu ərazisində 3,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun  verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5,1, dərinliyi 10 kilometr olub:

“İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 kilometr şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib. Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. Birinci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss olunub. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır”.

***

Fevralın 6-da Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə – İsmayıllı rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 02:34-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

***

Fevralın 6-da Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yeraltı təkanlar əsasən yerli vaxtla saat 04:25-də qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

***

Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həmçinin, yeraltı təkanlar nəticəsində Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub.

***

İsmayıllı Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Sulut, Kələveyvə və Sərsurə kəndlərində əvvəlcədən qəzalı vəziyyətdə olan evlərdəki çatlar böyüyüb.

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə – İsmayıllı rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb. Yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

***

Ötən gecə Şamaxıda baş verən zəlzələ ilə bağlı təcili yardıma 30 müraciət daxil olub.

Bu barədə  Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb: “Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib”. 

Nazirlikdən bilidirilib ki, 1 nəfər cavan adamın həyacandan dili tutulub: “Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyacandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymatləndirilir”.

***

Fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələ zamanı rabitə sisteminin işində problem yaranmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib. Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb.

Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib.

Etikxeber.az

Read Previous

“Dağıdıcılara qarşı” qanun olacaq …

Read Next

Zəlzələ Ağsunun şimal dağ kəndlərində də fəsadlar törədib – RƏSMİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir