Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tarixi şəxsiyyət, mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü bu gün ölkəmizdə geniş şəkildə qeyd olunur.
Etikxeber.az-a daxil olan məlumata görə, 10 may 2023-cü il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehtiram əlaməti olaraq mərhum dövlət başçısının abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Qeyd edək ki, Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam etməkdədir.





Etikxeber.az





