Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir İsmayıllılı, daha bir Kürdmaşılı İkinci Vətən Müharibəsi Şəhidinin-Emin Valik oğlu Ağazadənin doğum günüdür.
Bu gün Emin Ağazadənin bu gün 33 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü ad günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Emin Ağazadə 1991-ci ilin mart ayının 22-də İsmayıllının Kürdmaşı kəndində sadə bir ailədə anadan olub.
Orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
2010-cu ilin noyabr ayında hərbi xidmətini başa vurub və evinə, ailəsinə dönüb.
İkinci Vətən Müharibəsinə könüllü şəkildə yollananlardan olub.
2020-ci ilin oktyabrın 25-i gecəsi Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq sol ayağından qəlpə yarası alıb və Şəhidlik məqamına yüksəlib.
Nəşi iki gün sonra, oktyabrın 27-də Kürdmaşı qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Emin Kürdmaşının iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Onunla eyni gündə dünyaya gələn və 10 yaş kiçik olan Şəhid-Kürdmaşılı Fərid Əliyevin də bu gün Cənnətdəki dördüncü doğum günüdür.
Emin də Şəhidliyindən sonra medallarla təltif edilib.
Fəriddən fərqli olaraq, Emin ailəli, iki qız atası olub.
İki qızı ailəsinə, Vətəninə əmanət qalıb.
İkinci qızı Emiliya Şəhidliyindən 4 ay sonra dünyaya gəlib.
Böyük qızının adı isə Mələkdir.
Məkanı cənnətlik, mövludu, Cənnətdəki dördüncü doğum günü, 33 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az