İsmayıllının sentyabr Şəhidi: APREL DÖYÜŞLƏRİNİN VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, LEYTENANT, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ, İKİ ÖVLAD ATASI ELNUR SƏMƏDOV…-FOTOLAR

Bu gün axşam saatlarında, cəmi bir neçə saat öncə İsmayıllı rayonunun sonuncu-sentyabr Şəhidlərindən olan Elnur Sədaqət oğlu Səmədovun ailəsini, ocağını ziyarət etdik…

Bu gün Şəhidimizin ikisiydi…

Mingəçevirli Şəhid valideynləri-Təbriz Cüməzadənin anası Ülviyyə xanım və atası İldırım kişi ilə Şəhidin ana və atasına, qardaşlarına, yaxınlarına başsağlığı verdik, onlara Allahdan səbr və dözüm dilədik…

Şəhidimizin məkanının cənnətlik olmasını Böyük Yaradandan arzu etdik…

Şəhidimizin ailə üzvləri ilə təxminən bir saata yaxın söhbətləşdik, dərdləşdik, onlara təsəlli verməyə, dərdlərini az da olsa, yüngülləşdirməyə çalışdıq…

Qeyd edim ki, Elnur Səmədov 1988-ci ilin mart ayının 30-da İsmayıllı şəhərində, ziyalı ailəsində dünyaya gəlib…

Ailənin 3 oğlan övladından biri, ortancıl qardaş olub…

Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetində ali təhsil alıb…

Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb və o gündən də həyatını Ordu, hərb ilə bağlayıb…

Peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib, Leytenant rütbəsini daşıyıb…

Xüsusi Təyinatlı (XTQ) kimi Aprel döyüşlərində və İkinci Vətən Müharibəsində iştirak edib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Ali Baş Komandan tərəfindən bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Və bir neçə gün öncə, qanlı sentyabr döyüşlərində-Kəlbəcər istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Nəşi dünən, 15 sentyabr tarixində ailəsi Sumqayıtda yaşadığı üçün orada, Səhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Əfsanəvi Xüsusi Təyinatlı həm də ailəli, iki övlad-bir oğul, bir qız atası olub…

İki övladı ailəsinə və canından çox sevdiyi, uğrunda canını fəda etdiyi Vətəninə əmanət qalıb…

Oğlunun adı Cavid, qızının adı isə İncidir…

Şəhidliyi xəbərindən az öncə, dünən səhər saatlarında isə Cavidi birinci sinfə qədəm qoyub və hələ də atasının Şəhidliyindən xəbərsizdir…

Ruhu balalarına kömək, çıraq olsun!

Torpağı sanı yaşasınlar!

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Allah özü kimi Mərd, İgid, Dik duruşlu, Nur simalı valideynlərinə, ailə üzvlərinə, sevdiklərinə bir daha səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Ailənin tək oğlu, cəmi 18 yaşlı, 4 medallı və anasını Şəhidliyindən iki ay yarım öncə itirən-VƏTƏN SEVDALISI ŞÖHRƏT İKRAM OĞLU MİKAYILOVUN HƏYAT HEKAYƏSİ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir