İSPANİYA MILLI KADIROVLARIN AXTARIŞINDA… – Zahid Oruc yazır

13-cü əsrin sonlarında İngiltərə kralı 1-ci Eduard Şotlandiyaya qoşun yeridəndə müstəqillik davasına qalxmış xalqın önündə gedən liderləri necə ələ almağı onları silah gücünə ram etməkdən üstün tuturdu. Çünki atası 3-cü Karlın ölümündən sonra taxt-taca yiyələnən hökmdar Yerusəlimdən Parisədək geniş bir məkanda hərbi savaşlarda iştirak edərkən müharibənin güzəştlər,taktika və müqavilələr sənəti olduğunu yaxşı əxz etmişdi.Ona görə də Şotlandiya krallığı uğrunda mübarizədə bir-biri ilə didişən müxtəlif tayfalar arasında mübahisəni həll etmək adı ilə oraya gələndə üsyan qaldıran və illərlə İngiltərə qoşunlarına qan udduran Uilyam Olosu məhz öz silahdaşlarının xəyanəti ilə ələ keçirməyə nail oldu.

Hə,insan təbiəti şöhrətə və əfsanəyə meyİllidir.Azadlıq idealları hər kəsin başını dumanlandırır.Müstəmləkəçiliyə qarşı dirəniş təkcə təkcə doğmalarının intiqamını almaq üçün gərək deyil,həm də müqəddəs arzular uğrunda sakral mahiyyət daşıyan ilahi mübarizədir. Ona görə də Uilyam Olosa qoşulmaq istəyən cəngavərlər və imtiyazlı lordların sayı-hesabı yox idi.Lakin siyasət və hakimiyyət soyuq hesablamalar tələb edir.Hökmdarlıq yalnız qılınc tutmaqla ölçülmür.Liderlik məharəti masaya bütün variantlar qoyulandan sonra ən düzgün yolun seçilməsi ilə müəyyənləşir.O üzdən kral 1-ci Eduardın qəddarlığını yaxşı bilən və Şotlandiya səltənətinin gələcəyini hamıdan çox düşünən qraf 6-cı Robert de Bryüs Olosun qəhrəmanlığından vəcdə gələn və cəngavərliyinə pərəstiş edən oğluna belə deyir:”Mən də sənin yerində olsaydım,ona qoşularaq,xalqın dilində əfsanəyə çevrilərdim.Lakin ata-babalarımızdan bizə qalan torpaq və titullar tələb edir ki,sən İngiltərə kralı ilə ittifaqa girəsən.Sənin üçün ağır olduunu bilirəm.Lakin hakimiyyət və Şotlandiyaya sahib olmaqdan ötəri başqa yol yoxdur”!

Tarix sübut etdi ki,ata Bryüs uzaqgörənliklə qüvvələr nisbətini müəyyənləşdirərək nəinki ölkəsini və şəxsi sərvətlərini qorumağı bacardı,eləcə də oğlunun 23 ildən artıq hökmranlığa gedən yolunu aça bildi.Doğrudur,xalq öz qəhrəmanını unutmur.Uilyamın əzəmətli obrazı yüz illərdi ki,ədəbiyyatın, rəssamlığın,kilsə messiyalarının,bir sözlə milyonlarla insanı ruhi dünyasını ayrılmaz hissəsinə çevrilib, milli azadlıq simvoluna dönüb,lakin onun müasirləri indi süngü ilə deyil,parlament qərarları və demokratiyanın silahı ilə ayağa qalxsalar da 7 əsr əvvəl olduğu kimi yenə də Britaniya krallığının süzereni statusunda qalmaqda davam edirlər.

İndi Olosa qibtə ilə yanaşan Katalon lideri Karlios Puçdemonun millətçilik dalğasında tanksız və topsuz bir şəkildə dövlət qurmaq istəməsi nədənsə qoca qitədə qanlı müharibələri deyil,kral Eduardın mirası kimi qalan siyasətin qalib gələcəyini deməyə əsas verir.Franko ölüb və indiki İspaniya kralı formal olaraq dövlətin vahidliyini təcəssüm etdirir.Onun sərəncamında milyonlarla döyüşçü və sərkərdə yoxdur.Baş nazir Marian Raxoy isə avropalı həmkarlarının məsləhətini bir kənara qoyaraq,yalnız tribunadan və hökumət binasından əzələ nümayiş etdirir,ayaqlanan bütövlüyü bəyanatlarla geri qaytarmağa çalışır.Nəticə acınacaqlıdır.Siyasi separratçılar bütün dünyada özlərinə tərəfdarlar qazanaraq Barselonanın informasiya məkanında gərəkli yüksəklikləri tutmasını və hüquqi-siyasi pozitsiyaları qazanmasını təmin ediblər.Madridsə yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyiölkənin bütün periferiyalarında təmin edə bilməyəcək.

Doğrudur,referendumdan ötən 28 gün ərzində Kataloniyanın birtərəfli qaydada azadlığını elan etməyə qalxması orada çalışan 800-dən artıq bank və sığorta şirkətlərini qorxudub və onları sərt qərarlar verməyə məcbur edib.Nəticədə turist axınları 10 faizdən artıq azalıb,investisiya qoyuluşunun strukturunda mənfiyə doğru kəskin dəyişilim var və regional büdcə milyonlarla avro itkiyə məruz qalır.ÜDM-in xüsusi çəkisinin 4 faiz aşağı düşməsi bir müddət sonra müstəqilliyinin bədələni ödətdirəcək və bahalı şəhərlərin vergi yükündə azadlıq qəbzləri qoldan asılmış zəncirə çevriləcək.Lakin indi,hələ eyforiyanın tüğyan elədiyi günlərdə meydanlarda atəşfəşanlığa çıxan milyonlarla insanı aclıqla sınağa çəkib öz yollarından döndərmək müşkül məsələdir.Hər halda yaşlı və orta nəsil mütləqiyyətin- istismarçı rejimlərin bütün məhrumiyyətlərini öz bətnlərində yaşayıblar.Ona görə də Avropanın ortasında şimali Kürdüstanın məruz qaldığı hərbi və iqtisadi sanksiyaların gücü ilə müstəqillikdən daşındıralan kürd nümünəsini təkrarlamaq çətin işdir.Puçdemon Bərzanidən fərqli olaraq,Qərbin insan azadlıqları və vətəndaş haqları uğrunda ixtisaslaşmış böyük institutlarını 21-ci əsrin ən ağı artilleriyası kimi yanında görür.Doğrudur,ispan kəndliləri Napelon imperiyasını dağıtmaqda xüsusi hünər göstəriblər.Dünya hökmranlığına qalxmış böyük sərkərdəni Madridin əyalətlərində baş qaldıran yerli üsyanlar tam əldən salır,əskər itkilərinə və maddi məhrumiyyətlərə düçar edirdi.Halbuki indi 18-ci əsr deyil və mübarzənin şərtləri dəyişib.

Ona görə də İspaniya hökuməti 127 minlik ordusunu Puçdemonun əliyalın spartalılarının üstünə göndərməklə Barselonanın parlament binasından salınmış bayraqlarını yerinə qaytaracağı indandırıcı görünmür.Çünki qətlə yetirilən hər kəs katalon xalqının mücahidinə çevriləcək və daha böyük qanların tökülməsinə vəsilə olacaq.O üzdən, “Marseloyoza”r sədaları altında yumuq düyünləyənlərə qarşı zor və dəyənək qədər effektli olan,mükafatlandırma və mərkəzi hakimiyyətin özünün idarə etdiyi separatizm daha effektlidir.Xalq hərəkatının önünə çıxanların içərisində mütləq birincilik və siyasi eqosunu hamıdan yuxarıda tutan adamlar tarix boyu xəyanət sayılan gizli sövdələşmələrə həmişə can atıblar.Puçdemonu ləkələmək onu öldürməkdən daha asandır.Düşməni məhv etmək üçün onu fiziki cəhətdən qətlə yetirməyə ehtiyac yoxdur.

Baxın,Rusiya Çeçenistan asiliyini fərqli bir yolla cilovlamağı bacarmışdı. Yeltsinin qətlə yetirdiyi Dudayev,Mashadov və yüzlərlə azadlıq mücahidindən sonra Putin məscid minbərindən düşürüb hakimiyyət kürsüsünə gətirdiyi Ahmad Kadırovla Qafqazdakı itəatsizlik hərəkatını boğmağı bacarmışdı.İndi ispan hökuməti katalon xalqının içərəsindən çıxan kadırovları tapmağı bacarmalıdır.Kim deyə bilər ki,Moskvaya meydan oxuyaraq,Qərbin əlində süngüyə çevrilən Dudayev köləlikdən xilas etməyə çalışdığı xalqına Kadırovdan daha çox xidmət edib?Bəlağəti və qəhrəmanlıq balladalarını bir kənara qoysaq,indi Qroznı Rusiya müsəlmanlarının inanc mərkəzi və ediqad qapısıdır.Məgər Yaxın Şərqdə və Donbasda Putin üçün döyüşən çeçen islam orduları velikorus ideallarına milli əskərlərindən az xidmət edirlər?Əksinə,Suriya torpaqlarını qara bayraqlı xilafətdən təmizləyən qüvvələrdən biri də Kadırovun cəngavərləridir!

İndi İspaniyaya liderləri ingilis kralı uzunayaqlı 1-ci Eduardın hərbi-siyasi irsinə qayıtmağa məhkumdur.

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

Maskerano klubundan ayrılmaq niyyətindədir…

Read Next

Prezident 70 yaşı tamam olan Rəcəblini ordenlə təltif etdi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir