“İsrail dronlarının Azərbaycana gətirilməsi xəbəri dezinformasiyadır” – MN

Müdafiə Nazirliyi bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İran və İraqa hücum etmək üçün İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı yayımlanan məlumatlara münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, Müdafiə Nazirliyindən (MN) bildirilib ki, belə məlumatların heç bir əsası yoxdur:

“Bu, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb”.

Qeyd edək ki, bəzi xarici media resurslarında “Haşd əl-Şaabi” (Xalq səfərbərlik bölmələri) qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandisin itiihamları yer alıb.

Həmin ittihamlarda Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İranı hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb:

“Donald Tramp İraqın suverenliyini pozmağın müxtəlif yollarını nəzərdən keçirir. Amerikalıların ABŞ donanmasının tərkibində 4 İsrail dronunu hazırlayaraq Azərbaycan üzərindən İraqın hərbi qərargahlarını hədəf almasını həyata keçirməsi barədə bizdə dəqiq və təsdiqlənmiş məlumat var”.

Etikxeber.az

Read Previous

“Nə üçün ölkə başçısı və birinci vitse-prezident bu qədər sevilir?” – HİCRAN HÜSEYNOVA

Read Next

“Qarabağ” – “Linfild” matçının hakimləri açıqlandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir