İsrail də, İran da BMT Təhlükəsizlik Şurasına-MƏKTUB GÖNDƏRDİ – YENİLƏNİB – (1)

İsrail İranın hücumundan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

Etikxeber.az verir ki, bu barədə İsrailin təşkilatdakı daimi nümayəndəsinin Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bildirilib.

Məktubda “Hücumların şiddəti və miqyası sonsuzdur və İsrailin suverenliyinin, beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır. İranı bu ciddi pozuntulara görə birmənalı şəkildə qınamaq və SEPAH-ı terror təşkilatı elan etmək, dərhal hərəkətə keçmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırmaq tələbini bir daha təkrar edirəm”– deyə, qeyd olunur.

Qeyd edək ki, gecə saatlarından İran hərbi aviasiyası pilotsuz uçuş aparatları ilə İsrailə hücuma başlayıb.

***

Dəməşqdəki konsulluğunun atəşə tutulmasına cavab olaraq İran İsrailə 185 dron və 36 qanadlı raket atıb.

Bu barədə isə “New York Times” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, hücumun böyük hissəsi İrandan həyata keçirilib.

Buna baxmayaraq ki, İraq və Yəməndən də az sayda dron buraxılıb.

07:09

***

İran BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

Məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.

Qeyd edilib ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququndan istifadə edib, İsrailin 1 apreldəki hücumuna cavab verib.

Bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır.

Etikxeber.az

Read Previous

Tək oğlu talassemiya xəstəsi olan Bərdəli ata-BİRİNCİ VİTSE-PREZİDENTDƏN KÖMƏK İSTƏDİ:”BALAMIN MÜALİCƏSİNİ NƏZARƏTİNİZƏ GÖTÜRÜN”

Read Next

“Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərindən narahatdır”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir