“İşsız, yaxud, günəmuzd işləyən təbəqə karantin tədbirləri dövründə bir sıra ödənişlərdən azad edilməlidir”-BƏHRUZ MƏHƏRRƏMOV

Çox böyük ümidlərim var ki, hökumət işıq, su, qaz, və elektrik enerjisinin tariflərini müvəqqəti dövr ərzində aşağı salacaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, deyib ki, işsız, yaxud, günəmuzd işləyən təbəqə isə ümumiyyətlə karantin tədbirləri dövründə bu ödənişlərdən azad edilməlidir.

“Həqiqətən də çətin məsələdir, bu qərar dövlətimiz üçün də ciddi maliyyə yükü olar, lakin hər bir halda hesab edirəm ki, bu addım nəzərdən keçirilməlidir. Mən bir daha insanlarımızı təmkinli olmağa çağırıram, bir biz deyilik, bütün dünya sosial və iqtisadi böhran yaşamaqdadır, Azərbaycanın bu problemin öhdəsindən şərəflə gələcəyinə şübhəmiz olmasın. Özünüzü qoruyun”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Bizdən tələb olunan da çox şey deyil: evdə qal, həyatda qalasan!”-MUSA URUD YAZDI

Read Next

MM-in rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk videokonfransı-KEÇİRİLDİ – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir