İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi müzakirə olunur…

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihələrinin birinci oxunuşları barədə məlumat verib.

Etikxeber.az xəbəer verir ki, nazir çıxışında qeyd edib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur və bu da ötən illə müqayisədə 17 faiz, yəni, 697,4 milyon manat artım deməkdir:

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur. Gələn il 64 min yeni iş yerinin açılması gözlənilir.

Həmçinin, cari ildə xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlərin genişləndirilməsi məqsədi ilə onlar üçün 70 günərzi qayığı mərkəzi,  12 autizm və daun sindromlu uşaqlar üçün psixolji yardım mərkəzi, 2 eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlar üçün reabilitasiya və psixolji yardım mərkəzi, 2 görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi, 10 ahıllar üçün günərzi qayğı mərkəzi yaradılıb”.

Qeyd edək ki, hər iki layihə barədə MM-in Əmək və sosial siyasət komitəsinin sıdri Hadi Rəcəblinin də məruzəsi dinlənilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Büdcə ilə bağlı ikinci oxunuşun müzakirələri – NOYABRIN 26-DA OLACAQ

Read Next

“Hökumət üzvlərinin yerinə niyə deputatlar cavab verir?!”- DEPUTATDAN TƏPKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir