“İstədiklərinə nail ola bilmədilər…” – DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ

Bu, piket adı altında törədilən təxribat idi.

Etikxeber.az-ın xəbərinə  görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavin  Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, bu hadisə radikal qrupların niyyətinin doğru olmadığını göstərib: “Piketdə icazə alıb orada təxribat törədirsənsə, deməli qanunlara əməl etmirsən. Piketi keçirib şüarlarını səsləndirmək yerinə çağırış edib, qarışıqlıq yaratmaq istəsələr də, istədiklərinə nail ola bilmədilər”.

Millət vəkili, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi Elman Nəsirov isə qeyd edib ki, 8 oktyabr piketini xalqdan uzaq düşmüş müxalif qruplaşmaların “rəhbər”lərının mitinqə çevirmək canfəşanlığı onları məhz “siyasətin bic övladları” səviyyəsinə endirmiş oldu.

elmannnnnnn-nasirrrrrrr

“Drijor”larının qorxaqlıqdan və ya “siyasi eqoizm”dən irəli gələrək “siyasi şou”da birbaşa yer almaslar da “barmaqları” hər yerdə görünürdü. Bu barmaqlar aksiya prosesində qanunların tələblərinə əməl olunmamasında, təhlükəsizlik və ictimai asayişin pozulmasına cəhdlərdə, vətəndaşların dinc yaşayış və istirahət hüququna hörmətsizlikdə, habelə nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törədilməsində öz nadürüst işini görürdü.

“Pərdə arxası”ndan boylanaraq siyasi təxribat siqnalı verən radikallaşmış“lider”lər“bəlkə də qaytardılar”sevdası ilə yaşayır, siyasi məqsəd naminə “hər cür təxribatlar məqbuldur” formula ilə hərəkət edirdilər. Siyası vulqarlıq və məsuliyyətsizliyin sözügedən mənzərəsinin ötəri təhlili belə bir sıra ciddi nəticələr çıxarmağa əsas verir…”-deyə, o, sözlərinə əlavə edib.

YAP rəsmisi eyni zamanda əlavə edib ki,  nə qədər ki, müxalifətin radikal kəsimi praqmatik və real düşüncə tərzinə deyil, hakimiyyət hərisliyi yolunda illüziyalar qapılacaqlar, bu halda xalqın qapısı da üzlərinə bağlı qalacaq:

“Real siyasət isə odur ki, ümummilli məsələlərdə hakimiyyətə müxaliflik etmək olmaz. Xalqın gözü tərəzidir. Bu həqiqəti danmaq olmaz…”.

Etikxeber.az

Read Previous

“Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!” – MÜBARİZ QURBANLI

Read Next

“Son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır” – PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir