“İstəməzdik ki, kimlərsə cərimələnsin, amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır”-DEPUTAT

Əvvəla, onu deyim ki, 4 aydan bu yana dünyanı cənginə almış koronavirus pandemiyası təəssüflər olsun ki, hələ də davam etməkdə, öz mənəvi və maddi fəsadlarını yaşatmaqdadır. Bəzi ölkələrdə ölüm və yoluxma halları azalsa da, bəzilərində atmaqda, ikinci dalğanın əlamətləri, işartıları sezilməkdədir. Çox təəssüflər olsun ki, ölkəmiz də bu bəladan, onun təsirlərindən yayına bilmədi. Bizdə də ölüm və yoluxma halları var. Amma bununla belə, dünyanın ən nəhəng və güclü dövlətləri ilə müqayisədə bizdə vəziyyət qat-qat yaxşıdır. Çünki dövlət və dövlət başçısı səviyyəsində bu məsələdə böyük iradə və qətiyyət ortadadır. Çoxları bu bəlanın keçici olduğunu zənn edərkən, ona dırnaqarası yanaşarkən, ölkəmiz, dövlət başçımız bunu çox ciddiyə aldı və qəti, ardıcıl tədbirlərə start verdi. Ötən müddət ərzində də görülən işlər, atılan addımlar, əldə edilən nəticələr göz önündədir, bu barədə də elə bilirəm ki, geniş, uzun-uzadı danışmağa ehtiyac yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Ölkəmiz dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemyası şəraitində və koronavirus infeksiyası ilə mübarizədə uğurlara, zəfərlərə imza atmaqdadır. Hətta, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən də ardıcıl yumşaldıcı tədbirlər seçilməkdədir. Amma çox təəssüflər olsun ki, hələ də öz məsuliyyətini hiss etməyən, həm özünün, həm də başqalarının taleyil ilə oynayan, onların da, özünün də həyatını təhlükəyə, risq altına alan vətəndaşlarımız var”-deyən millət vəkili bildirib ki, onlar hələ də bu məsələnin ciddiyyətini, nələrə qadir ola biləcəyini, hansı fəsadlara gətirib çıxara biləcəyini ya anlamır, ya da anlasalar belə, böyük məsuliyyətsizlik nümayiş etdirirlər.

“Yumşaldılma tədbirləri o demək deyil ki, təhlükə, bəla sovuşub gedib. Xeyr, bunu düşünənlər yanılır və böyük səhvə yol verirlər. Bu təhlükəni o zaman tam aradan qaldırmaq, bu bəladan o zaman tam qurtulmaq mümkün olacaq ki, hər kəs vətəndaşlıq məsuliyyətini axıracan dərk edəcək, deyilənlərə, verilən qərar və tövsiyyələrə bir nəfər kimi əməl edəcək…Sosial məsafəni gözləyəcək, tibbi maskalardan istifadə edəcək və sairə. Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan tam qurtula bilərik və qurtulacağıq. Özünüz də görürsünüz ki, qanunvericilik səviyyəsində müəyyən sərtləşdirməlar, cəzalar nəzərdə tutululur, bununla bağlı müvafiq qanunvericliyə dəyişikliklər olundu və təsdiqlənərək, imzalanaraq, hüquqi qüvvəsinə mindi. Biz istəməzdik ki, kimlərsə cəzalansın, cərimələnsin. Amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır. Ona görə bir daha belə hesab edir və hər kəsə təkrar səslənirəm ki, gəlin məsuliyyətli, anlayşlı olaq, həm özümüzü, həm də digərlərini qoruyaq. Bunu etməliyik və bacarmalıyıq”-deyə, millət vəkili mətbuata açıqlamasında sözlərinə əlavə edib.

10:44

Etikxeber.az

 

Read Previous

“Dəyərlərimizi qoruya biləcək mexanizmin hazırlanmasına və sosial şəbəklərin tənzimlənməsinə ehtiyac var”-JALƏ ƏLİYEVA

Read Next

“Keşikçidağ” qoruğu ərazisində təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat əldə edilib”-DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir