“İstər bölgələrdə, istər mərkəzdə tələblərə cavab verməyən, geri təfəkkürlü bəzi adamların mövcudluğu zaman-zaman ümumi işin gedişatına və YAP-ın İlham Əliyevin sürəti ilə ayaqlaşmasına mane olub…”-BİTƏRƏF DEPUTATIN DƏYƏRLƏNDİRMƏSİ

Yeni Azərbaycan Partiyasının VII qurultayı çox mühim siyasi hadisədir və proses ölkədə islahatların əhəmiyyəli həlqəsini təşkil edir. Çünki YAP iqtidar partiyası olmaqla bərabər, həm də ölkənin ən iri siyasi təşkilatı kimi, demək olar ki, bütün sferalarda aparıcı gücdür. Bu gün heç şübhəsiz ki, milli həmrəylik, daxili stabillik, siyasi dialoq, qarşılıqlı etimad mühiti kimi vacib meyarlarda həlledici rol təbii olaraq məhz 800 minə yaxın üzvü olan YAP-a məxsusdur.

Əlbəttə, partiya bu vaxta qədər qənaətbəxş fəaliyyət göstərib, hökumətdə, parlamentdə, ümumilikdə əksər sahələrdə YAP-çılar həmişə xalqa xidmətin ön sırasında addımlayıb. Lakin təəssüf ki, cəmiyyətin bəzi sferalarında olduğu kimi, burada da – istər bölgələrdə, istərsə də mərkəzdə müasir tələblərə cavab verməyən, geri təfəkkürlü bəzi adamların mövcudluğu zaman-zaman ümumi işin gedişatına və partiyanın cənab İlham Əliyevin sürəti ilə ayaqlaşmasına mane olub.

Etikxeber.az xəbər verir ki, bunu bitərəf deputat Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, bu mənada YAP-da islahatlar, yeniləşmə, çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş tədbirlər ölkənin ictimai, siyasi və sosial həyatına birmənalı olaraq təsir edəcək.

“Əlbəttə, Heydər Əliyev işığına toplaşmış insanlar tərəfindən qurulmuş bu partiyanın yarandığı gündən həmişə ölkədə ciddi siyasi çəkisi olub, yeni reallıqların zərurəti əsasında növbədənkənar keçirilmiş VII qurultayla isə təşkilatın nüfuzu daha da möhkəmlənəcək. Ən azı, Vətən Müharibəsinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin Sədr, ölkə daxilində vətəndaşın ikinci ümid yeri olan Mehriban xanım Əliyevanın isə Partiya Sədrinin birinci müavini kimi fəaliyyəti bunu deməyə əsas verir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Qurultay olmalıydı, vacibiydi və gözlənilən idi…”-YENİDƏN YAP İDARƏ HEYƏTİNİN ÜZVÜ SEÇİLƏN ELDAR İBRAHİMOV

Read Next

“YAP bu imtahandan da güclənmiş şəkildə çıxdı”- Musa Quliyev – Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Əli Həsənov, Abel Məhərrəmov…YAP-ın İdarə Heyətinə seçilmədi-YENİ İDARƏ HEYƏTİ VƏ VETERANLAR ŞURASININ TƏRKİBİ AÇIQLANDI… – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir