Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin İstanbul Böyükşəhər bələdiyyə başqanlığı ilə seçkilər yenidən keçiriləcək.
Etikxeber.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bu haqda bir azca öncə Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) qərar verib.
Qərara əsasən, 31 mart seçkilərinin nəticələri ləğv edilərək, 23 iyun tarixində İstabul Böyükşəhər bələdiyyə başqanlığına yeni seçkilər keçiriləcək.
Qeyd edək ki, 31 mart seçkilərində İstanbul Böyükşəhər bələdiyyə başqanı vəzifəsinə müxalifətdən-“Millət” İttifaqından olan CXP-li Əkrəm İmamoğlu seçilmişdi.
Artq Türkiyə MSK-nın qərarı ilə bağlı “Millət” İttifaqında təmsil olunan “İYİ” Partiyası öz etirazını bildirib.
CXP-nın MSK-nın son addımı ilə bağlı nə qərar verəcəyi isə yaxın saatlarda məlum olacaq.
Əkrəm İmamoğlu da hələlik qərarla bağlı açıqlama verməyə tələsmədiyini bildirib.
Onu qeyd edək ki, 23 iyun seçkilərinin boykot edilməsi variantı da ortadadır.
Etikxeber.az