İstanbulda terrakt törətməkdə şübhəli bilinən şəxs saxlanıldı – FOTO

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Etikxeber.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, “Əbu Məhəmməd Xorasani” kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.

Məlumata görə, səhər saatlarında  terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs  ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Etikxeber.az

Read Previous

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi axtarışa verildi

Read Next

Azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir