İstanbuldakı növbəti qanlı terraktda ölənlərin sayı 39-a yüksəldi – FOTO – YENİLƏNİB

İstanbuldakı “Reina” gecə klubuna hücum olub.

Hücum nəticəsində 35 nəfər ölüb, 40 nəfər yaralanıb.

Etikxeber.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin valisi Vasip Şahin bildirib.

Bundan əvvəl hücum zamanı iki nəfərin öldürüldüyü bildirilirdi.

 Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı  şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda  600-dək insan Yeni il bayramını qeyd edirmiş.

***

İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.

O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.

Etikxeber.az

Read Previous

Gecə klubuna hücum-terrakt anı kameraya düşüb- FOTO – VİDEO

Read Next

Yıldırımla Medvedev telefonda nədən danışdılar?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir