“İstedadı olan, ancaq pulu olmayan gənc nə etməlidir?” – ELXAN ŞAHİNOĞLU

“Təhsil haqqı azaldılmalıdır və ya tamamilə ortadan qaldırılmalıdır” deyənlərə qatılıram. İstedadı olan, ancaq pulu olmayan gənc nə etməlidir? Niyə onlar təhsil almamalıdırlar? Bu hüququ onların əlindən niyə alırıq?

Yalnız ona görəmi ki, kasıb ailələrdəndirlər və valideynlərinin övladlarının təhsil haqqını ödəmək imkanları yoxdur? Buna “dur” deməyin zamanıdır və inanıram ki, dövlət öz sözünü deyəcək.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İl yarım dərs dediyim Universitetdə tələbələrin və onların ailələrinin necəəziyyət çəkdiyini görürdüm. Dekanların tələbələrə “pulu gətirməsən imtahana buraxılmayacaqsan” tələbindən isə dəhşətə gəlirdim.

Tələbənin maaşa baxan valideyni də bu tələb qarşısında ya qohumundan, ya da bankdan borc götürmək məcburiyyətində qalırdı”-deyən politoloqun sözlərinə görə, heç bir valideyn istəməz ki, övladı borca görə imtahana buraxılmasın.

talabaaa

“Elə bu səbəbdən dözməyərək tədris işindən ayrılmağa qərar verdim.

İllik 2600-3000 manat təhsil haqqı üçün çoxdur.

Axı onsuz da Azərbaycanda təhsilin səviyyəsi də o qədər yüksək səviyyədə deyil ki, sən tələbədən illik 1500-2000 dollar ödəniş tələb edəsən.

Azərbaycan gənci bundan da az məbləğ pul ödəməklə, təhsilin daha üstün olduğu Türkiyə Universitetlərində oxuya bilər”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Kino-teatrlarda hind filmlərinə qadağa qoyulacaq…

Read Next

Qambiyalı “Fənərbaxça”lı oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir