İstehsalçılardan qəbul olunan buğdanın bir tonunun qiyməti 280 manatadək artırıldı

Məlum olduğu kimi, iyunun 21-dən etibarən  Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın Dövlət Taxıl Fondu üçün tədarükünü elan edib.

FHN-nin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 manatdan 280 manata qaldırılıb. FHN bir daha xatırladır ki, buğdanın tədarükü 2016-cı il noyabrın 1-dək davam edəcək.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin saytına (www.fhn.gov.az), 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Etikxeber.az

Read Previous

Neft Fondu 22 banka 78 milyon dollar satdı

Read Next

Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir