Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödəməli, ya da satış qiymətlərini endirməlidir.
Etikxeber.az məlumat verir ki, bunu deputat Tahir Rzayev parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir.
“Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan, lakin istifadəsiz qalan binaların sayı kifayət qədərdir. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satıla bilmir. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin” -deyə, millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az