İstifadəsiz qalan yeni tikililərin sahibləri qiymətləri endirməlidir – DEPUTAT

İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödəməli, ya da satış qiymətlərini endirməlidir.

Etikxeber.az məlumat verir ki, bunu deputat Tahir Rzayev parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

tahirr

Deputat bildirib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir.

“Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan, lakin istifadəsiz qalan binaların sayı kifayət qədərdir. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satıla bilmir. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin” -deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

ƏDV medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir – AMAŞOV

Read Next

Bəzi dövlət qurumları “ötür-ötür” oynayır – MAHMUDOV ŞİKAYƏTLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir