“İstifadəsiz torpaqlar” məsələsində narazılığa imkan vermək olmaz – DEPUTAT

Bölgələrimizdə torpaqlardan təyinatı üzrə istifadə edilməməsi və ya ümumiyyətlə, istifadə olunmaması məsələsi, problemi var. Bununla bağlı dəfələrlə həm komitə iclaslarında, həm də plenar iclaslarda müzakirələr aparılıb, narahatlıqlar bildirilib. Qeyd olunub ki, torpaq bütün hallarda onun sahibləri, istifadəçiləri tərəfindən istifadə olunmalıdır, xüsusən də, təyinatı üzrə. Amma bu məsələdə diqqətli olmaq da gərəkir. İnsanlar, torpaq istifadəçiləri arasında narazılığın baş verməməsinə çalışmaq lazımdır. Onlarla hərtərəfli söhbətlər ararılmalı, bildirilməlidir ki, əgər torpağın varsa, onu da təyinatı üzrə istifadə etməlisən, etməsən, o zaman səni filan-filan problemlər gözləyə bilər.
meclis-5
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Arqar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyib.
O, bildirib ki, çünki bu məsələdən bəzi qüvvələr, niyyəti, məramı xoş olmayan insanlar istifadə edə, nazarazılıq görüntüsü yaratmağa cəh edə bilər.
eldeniz salimov-1
“Bilirsiniz, Azərbaycanda əkinə yaralı torpaq sahələri  o qədər də çox deyil. Üstəlik, torpaqlarımızın, əkinəı yararlı ərazilərimizin bir hissəsi erməni işğalı altındadır. Ona görə də bu məsələdə çox diqqətli, çox həssas olmaq lazımdır. Torpaqlara yiyələnib, sahiblənib onları çəpərləyib boş,istifadəsiz saxlamaq olmaz, bu, düzgün deyil. Bunu torpaq sahiblərinə, icarədarlara, sahibkarlara, iş adamlaraında da bu cür şəkildə başa salmaq, annlatmaq lazımdır. Anlatmaq lazımdır ki, boş qalan torpaq sahələrindən düzgün, təyinatı üzrə istifadə edilsə, həm onun özünə, həm dövlətə, həm də cəmiyyətə xeyri olar. Həmin torpaqlar boş, istifadəsiz saxlanılmamalıdır, mütləq istifadə edilməlidir və sairə…Əgər kimlərsə, bunlardan yaxşı mənada dərs çıxarmayacaqsa, o zaman onlara xəbərdarlıq olunmaqla, bir sıra ölçülər götürülə bilər və götürülməlidir. Yəni, heç bir halda imkan vermək olmaz və verilməməlidir ki. kimlərsə bu məsələdən sui-istifadə etsin, narazılıq görüntüsü yaratmağa nail olsun. Amma bir daha qeyd eduirəm ki, torpaqlar varsa, onlar mütləq və mütləq təyinatı üzrə istifadə olunmalıdır. Həm də yerlərdə “örüş yerləri” ilə bağlı məsələ öz həllini tapmalıdır. Parlamentin yaz sessiyasının son iclasında da komitəmizin sədri Eldar İbrahimov bu məsələyə toxundu və bildirdi ki. artıq hökumətdə də bununla bağlı fikirləşilir, müəyyən addımların atılması gözlənilir. Elə bilirəm kk. bu məsələ də çox yaxın zamanlarda tam həllini tapacaq”-deyə, E. Səlimov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Bu, inqilabi islahat idi” – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Read Next

Torpaqlara nəzarətin müfəttiş vasitəsilə deyil, elektron səviyyədə də həyata keçirilməsi nəzərdə tutulur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir