İsveçrə əhalisi nüvə enerjisindən imtinaya qarşı çıxıb

İsveçrə əhalisi nüvə enerjisindən imtina etməyə tələsmir. Noyabrın 27-də ölkədə 2029-cu ilədək nüvə enerjisindən imtinaya dair keçirilən referendumda 54,2 faiz seçici nüvə reaktorlarının “söndürülməsinə“ qarşı çıxıb.

Etikxeber.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra dünyanın bir çox ölkələri kimi, İsveçrədə də nüvə enerjisindən imtina edilməsi və alternativ enerji mənbələrinə üstünlük verilməsi üçün təşəbbüslərə start verilib. Yaşıllar Partiyası və ətraf mühitin mühafizəsi üzrə təşkilatların dəstəklədiyi bu referendumda əhalinin nüvə enerjisindən imtina edəcəyi gözlənilsə də, bu, mümkün olmayıb. Enerji təminatında yarana biləcək fasilələr, qonşu ölkələrdən enerji idxalından asılı olmaq ehtimalı, alternativ mənbələrin hələ də baha qiymətə başa gəlməsi seçicilərin nüvə enerjisi ilə “vidalaşmasının“ önünü kəsib.

Hazırda İsveçrədə beş atom elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalardan ən yaşlısı 47 il ərzində nüvə enerjisi istehsal edən “Beznau” nüvə reaktorudur.

Yaxın vaxtlarda İsveçrə əhalisi nüvə enerjisindən imtina etmədiyi halda, uzunmüddətli perspektivi nəzərdə tutan “Enerji strategiyası – 2050“ ilə bağlı keçiriləcək referendumda ölkənin energetika sektorunda nüvə enerjisinin taleyinə aydınlıq gətirilməlidir.

Etikxeber.az

Read Previous

Kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması haqda qərar qəbul olundu – TARİF ŞURASI

Read Next

Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir