İsveçrədə “Yaşıllar”, Moldovada “Sosialistlər” qələbə qazandı…

Yaşıllar və Yaşıl Liberallar partiyaları oktyabrın 20-də İsveçrədə keçirilən növbəti parlament seçkilərinin qalibi olublar.

Ölkənin iki ən böyük partiyası – millətçi-mühafizəkar İsveçrə Xalq Partiyası (SVP) və İsveçrə Sosial-Demokratlar Partiyası (SP) ciddi itkilərlə üzləşib.

Etikxeber.az xəbər verir ki, “Qreta effekti” (ətraf mühitin mühafizəsi ilə bağlı gənc aktivist Qreta Tunberqin təşəbbüsü ilə həyata keçirilən aksiyalar) “yaşıl dalğa“nın daha da güclənməsinə səbəb olub.

Yaşıllar 13 faiz səs toplayıblar, yaşıl liberallar isə seçicilərin 7,6 faizinin rəğbətini qazanıblar. Bununla da bu partiyalar parlamentin böyük palatasında ümumilikdə 44 mandat əldə ediblər.

İsveçrə Xalq Partiyası seçkilərdə ən çox səs alan partiya olsa da, ötən seçkilərlə müqayisədə 11 faiz səs itirib və 25,6 faizlə kifayətlənməli olub (54 mandat). Sosial-demokratlar isə 16,5 faizlə ikinci ən güclü partiya kimi parlamentdə təmsil olunacaq. Liberallar (FDP) 15,5 faiz və Xristian Demokratik Partiya (CVP) isə 11,4 faiz səs alıblar.

Moldovada keçirilən yerli seçkilərdə isə  ölkənin əksər rayonlarında sosialistlər qələbə qazanıb.

Paytaxt Kişineuda da sosialistlərin qalib gəldiyi qeyd olunur.

Səsvermə zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb. İlkin nəticələrə görə, seçici fəallığı bölgələrdən asılı olaraq 42-51 faiz olub.

Xatırladaq ki, oktyabrın 20-də Moldavada yerli seçkilər keçirilib.

Etikxeber.az

Read Previous

Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert – LEYLA ƏLİYEVA DA İŞTİRAK ETDİ – FOTOLAR

Read Next

AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin – SAMMİTİ OLACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir