“İtaliya gələn il əlindən gələni edəcək ki…” – NAZİR

“İtaliya gələn il ATƏT-ə sədrlik edəcək ölkə və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əlindən gələni edəcək”.

Etikxeber.az xəbər verir ki, bu sözləri noyabrın 7-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

E.Məmmədyarov İtaliyanın neft-kimya sahəsində çoxlu şirkətlərinin nümayəndələrinin ölkəmizə gəldiyini bildirib. O, ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Paolo Centiloni ölkələrimiz arasında çox yaxın münasibətlərin olduğunu vurğulayıb. O, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparıldığını bildirib. İtaliyalı nazir TAP və TANAP kimi layihələrin ölkələrimiz arasında yalnız enerji istiqamətində deyil, digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Etikxeber.az

Read Previous

Seçicilərindən etiraz: “Hadi Rəcəblinin öz seçiciləri,dövlət üçün gördüyü işlər göz qabağındadır…”

Read Next

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradıldı – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir