“İtaliyanın bundan sonra daha da çox ədalətin yanında olacağına ümid edirik” – DEPUTAT

Neapol merinə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

“Neapol və Bakı arasında birbaşa aviareysin açılmasında maraqlıyıq”.

Etikxeber.az xəbər verir ki, bunu Neapol meri Luici de Magistris Azərbaycan nümayəndə heyəti ilə görüşündə deyib.

Qeyd edək ki,  Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Mer bu görüşdən məmnunluğunu ifadə edərək, İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb.

2013-cü ildə Azərbaycaba səfərini məmnunluqla xatırlayan mer Neapol və Bakı arasında qardaşlıq əlaqələrinin inkişafı istiqamətində təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

O, əlavə edib ki, iki şəhər arasında turizm əlaqələrinin inkişafı çox vacibdir:

“Neapol və Bakı arasında birbaşa aviareysin açılması bu əlaqələrin möhkəmlənməsini şərtləndirəcək”.

Neapol-Bakı Assosiasiyanın prezidenti Cüzeppe Kaniqlia isə təşkilatın bu günə qədər olan fəaliyyətindən qısa söhbət açıb.

Bildirib ki, assosiasiya yarandığı 2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində yaxından xidmət göstərib, bir sıra tədbirlərin təşkilatçısı olub.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə səmimi qəbul üçün Neapol meri Luici De Magistrisə təşəkkürünü bildirib.

Səfir İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixi köklərə bağlı olduğunu və hazırda strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib. O, Bakı ilə Neapol arasında qardaşlıq əlaqələrinin iki ölkənin münasibətlərində əhəmiyyətini qeyd edərək bunun daha da dərinləşdirilməsi istiqamətində Neapol merinin dəstəyinə görə təşəkkür edib.

Səfir Azərbaycan nümayəndə heyətinin Neapola səfərinin Xocalı soyqırımının 25-ci ildönümünə təsadüf etdiyini, bu xüsusda Neapolda Xocalı soyqırımı qurbanlarının anım tədbirinin keçiriləcəyini söyləyib, habelə bu faciə və Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məlumat verib.

neapol-1

Assosiasiya tərəfindən tədbirə dəvət olunan millət vəkili, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva da nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi üçün Neapol merinə minnətdarlıq edib.

Ölkəmizlə bağlı mere geniş məlumatlar verən Q.Paşayeva Neapolla Bakı arasında əməkdaşlığın inkişafı istiqamətində, iqtisadi, mədəniyyət, turizm əlaqələrinin daha da artması üçün geniş imkanlar olduğunu vurğulayıb,əməkdaşlığın daha da genişlənəcəyinə inandığını deyib.

Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun Milli Məclisdə ən böyük dostluq qruplarından biri olduğunu vurğulayan  Q.Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, hökuməti və parlamentinin İtaliya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib.

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipal məsələdə İtalyanın ədaləti dəstəkləməsinin önəmindən danışan millət vəkili  Xocalı soyqırımının 25-ci ildünümündə İtaliya Senatında ədaləti dəstəkləyən çıxışlar edən senatorların mövqeyini yüksək qiymətləndirdiklərini bildirib və İtaliyanın bundan sonra daha da çox ədalətin yanında olacağına ümid etdiyini bildirib.

O, Xocalı soyqırımının İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb. Assosiasiyanın vitse prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaş kimi Azərbaycanın yaxın dostu olduğunu bildirib.

Nitqinin sonunda o, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə Neapolda abidə ucaldılması təklifini irəli sürüb.

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyi növbəti açıqlama yaydı…

Read Next

Martın 2-nə USD/AZN rəsmi məzənnəsi 1,7515 manat səviyyəsində müəyyən olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir