İtkin dənizçilərin cəsədləri “USS Fitzgerald” gəmisinin su basmış hissəsində aşkar edildi

ABŞ hərbi dəniz qüvvələrinə məxsus “USS Fitzgerald” esminesinin Filippin ticarət gəmisi ilə toqquşması nəticəsində itkin düşən dənizçilərin cəsədləri gəminin su basmış hissəsində aşkar edilib.

Etikxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın yeddinci donanması məlumat yayıb.

Xəbər verdiyimiz kimi, hadisə nəticəsində üç nəfərin xəsarət aldığı və yeddisi dənizçinin itkin düşdüyü bildirlirdi.

Axtarış-xilasetmə əməliyyatı zamanı dənizçilərin cəsədləri esminesin su basmış hissəsində tapılıb və tanınmaq üçün Yokosuka hərbi hospitalına göndərilib.

Etikxeber.az

Read Previous

İlqar Məmmədovun həbsxana fotoları yayıldı

Read Next

“Media milli və yerli olmalıdır” – ƏRDOĞANDAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir