İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adları açıqlandı – SİYAHI

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Etikxeber.az-ın xəbərinə görə, MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov  mətbuata bildirib ki, aprelin 12-dən 22-dək 5 nəfər – Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.
Onun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim edilib.

Qeyd edək ki, İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəsi 113 dəfə pozub

Read Next

Fransada birinci tur prezident seçkilərinin qalibi MAKRON oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir