Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah-aprelin 23-də Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.
Etikxeber.az-ın məlumatına görə, əvvəlcə iclasın gündəliyinə 17 məsələnin daxil edilməsi nəzərdə tutulsa da, sonradan daha iki məsələ əlavə olunaraq, 19-a çatdırılıb.
Yeni əlavə olunan məsələlər “Əmək pensiyaları haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.
Bu dəyişikliklərə əsasən kəşfiyyat və əks-kəşfiyyat hərbi qulluqçularının pensiyalarının artırılması nəzərdə tutulur.
Gündəliyə daxil olan məsələlər arasında həmçinin, “İctimai Televiziya və Radio (İTV) Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında” , “Qiymətli kağızlar bazarı haqqında”, “Standartlaşdırma haqqında” və sair qanunlara, o cümlədən Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.
Millət vəkilləri İTV-nin Yayım Şurasının boş qalmış 3 yerinə yeni üzvləri seçəcəklər.
Qeyd edək, həmin yerlərə 5 nəfərin namizədliyi irəli sürülüb.
Onu da qeyd edək ki, aprel ayında sonuncu plenar iclasın ayın 30-da keçirilməsi gözlənilir.
Etikxeber.az