İTV-nin Yayım Şurasının 3 yeni üzvü məlum olacaq – SABAH

Sabah-aprelin 23-də Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə,  əvvəlcə iclasın gündəliyinə 17 məsələnin daxil edilməsi nəzərdə tutulsa da, sonradan daha iki məsələ əlavə olunaraq, 19-a çatdırılıb.

Yeni əlavə olunan məsələlər “Əmək pensiyaları haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

Bu dəyişikliklərə əsasən kəşfiyyat və əks-kəşfiyyat hərbi qulluqçularının pensiyalarının artırılması nəzərdə tutulur.

Gündəliyə daxil olan məsələlər  arasında həmçinin, “İctimai Televiziya və Radio (İTV) Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında” , “Qiymətli kağızlar bazarı haqqında”, “Standartlaşdırma haqqında” və sair qanunlara, o cümlədən Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun  layihələri var.

Millət vəkilləri İTV-nin Yayım Şurasının boş qalmış 3 yerinə yeni üzvləri seçəcəklər.

Qeyd edək, həmin yerlərə 5 nəfərin namizədliyi irəli sürülüb.

Onu da qeyd edək ki, aprel ayında sonuncu plenar iclasın ayın 30-da keçirilməsi gözlənilir.

Etikxeber.az

Read Previous

Terraktlar yeddi kamikadze tərəfindən törədilib – ŞRİ-LANKADA

Read Next

Şri-Lankada daha bir partlayış törədildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir