İTV-nin Yayım Şurasının-TƏRKİBİ DƏYİŞDİ…

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişib.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsində əksini tapıb.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə,namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş Zeynalov Vüqar Eldar oğlu, namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş Əliyev Azər Ruslan oğlu, namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş Yusifova Sevil Şərif qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

Etikxeber.az

Read Previous

İlham Əliyevlı Mehriban Əliyeva Nizami Gəncəvi parkında yenidənqurmadan sonra yaradılan şəraitlə-TANIŞ OLDU – FOTOLAR

Read Next

MM-in sonuncu iclası: DEPUTATLAR QISA QIŞ TƏTİLİNƏ YOLLANDI – FAZİL MUSTAFA TIXACDAN ŞİKAYƏTLƏNDİ, MƏLAHƏT İBRAHİMQIZI APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇILARI İLƏ BAĞLI MƏSƏLƏ QALDIRDI – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir