İTV-nin Yayım Şurasının yeni 3 üzvü məlum oldu-ADLAR

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında məsələyə baxılıb.

Etikxeber.az xəbər verir ki,  Yayım Şurasının boş qalan 3 yerinə 5 nəfərin namizədliyi irəli sürülüb.

Yəni, idman federasiyaları tərəfindən Yusif Babanlı ilə Orxan Muxtarovun, dini konfessiyalardan Salman Musayevin, yaradıcılıq təşkilatlarından Zemfira Qafarova ilə Cəmilə Həsənovanın namizədlikləri irəli sürülüb.

Millət vəkilləri tərəfindən məsələyə baxılaraq, Yayım Şurasının üzvlüyünə Y. Babanlı, S. Musayev və Z. Qafarova seçilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Sülh danışıqlarından imtina edilsin”, “Qaz və işığın limiti artırılsın” … – DEPUTATLAR BU TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİLƏR – YENİLƏNİB – (3)

Read Next

İş vaxtından artıq işlədilməklə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir