IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək

Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, budəfəki beynəlxalq konfransın da iştirakçı və əhatə dairəsi genişdir. IV Bakı Beynəlxalq Teatr Konfransının təşkilat komitəsindən verilən məlumata görə, tədbirə 40-dək ölkədən 150-yə yaxın nümayəndənin, o cümlədən beynəlxalq teatr qurumlarının rəhbər və təmsilçilərinin qatılacağı gözlənilir.

Konfransın iştirakçıları arasında Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons (ABŞ), Beynəlxalq Teatr İnstitutunun prezidenti Məhəmməd Ələfxam (Birləşmiş Ərəb Əmirlikləri), Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni (İsveçrə), institutun Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Musiqili Teatrlar Birliyinin baş katibi Natalya Zıkova (Rusiya), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya) və başqa teatr qurumlarının, müxtəlif ölkələrin aparıcı teatrlarının rəhbərləri, tanınmış teatrşünaslar yer alacaq.

Qeyd edək ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq artıq dördüncü dəfə təşkil olunan beynəlxalq teatr forumunun əsası 2010-cu ildə qoyulub. Proqramda Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası Azərbaycan Teatr Xadimləri İttifaqını cəlb etməklə iki ildən bir bu beynəlxalq tədbiri keçirmək həvalə edilib. 2012-ci ildə ikinci, 2014-cü ilin noyabrında üçüncü konfrans gerçəkləşib. Ötən müddətdə konfrans dünyanın müxtəlif ölkələrindən teatr xadimlərinin, sənətşünas və mütəxəssislərin görüş, ideya və təcrübə mübadiləsi platformasına çevrilib. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Teatr İnstitutu (İTİ) və digər beynəlxalq teatr təşkilatları Bakı teatr forumunda yaxından iştirak ediblər.

Etikxeber.az

Read Previous

“Vəziyyət getdikcə kəskinləşir”- Prezident hökumətə daha nələr dedi? – YENİLƏNİB

Read Next

“Musiqi sahəsində əvəzsiz xidmətləri olan parlaq istedad sahiblərindəndir” – FİRƏNGİZ ƏLİZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir