IV İslam Həmrəylik Oyunlarında İranın 120-dən çox idmançısı iştirak edəcək

İran İslam Respublikası gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 120-dən çox idmançı ilə iştirak edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə İranın Milli Olimpiya Komitəsinin baş katibi Şahrux Şahnazi məlumat verib.

O, bildirib ki, İslam Həmrəylik Oyunları futbol üzrə dünya çempionatına hazırlıq mərhələsi ilə üst-üstə düşdüyünə görə İranın futbol komandası yarışlarda iştirak edə bilməyəcək. Lakin başqa bir komanda hazırlanıb yarışlara çıxarılacaq.

Ş.Şahnazi deyib ki, İranın qadın və kişi atletləri 20-dən çox idman növündə iştirak edəcəklər.

Etikxeber.az

Read Previous

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Read Next

“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir