IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışı başladı: Türkiyə-Türkmənistan-3:0 – FOTO- YENİLƏNİB

Mayın 11-də “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışına start verilib. İlk oyunda Türkiyənin və Türkmənistanın kişi voleybolçuları qarşılaşırlar.

Etikxeber.az xəbər verir ki, qadınların yarışında beş komanda – Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparır. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.

Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayır. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.

Voleybol yarışının birinci günündə dörd görüş keçiriləcək. Günün ilk qarşılaşmasında Türkiyənin və Türkmənistanın kişi voleybolçuları üz-üzə gəlirlər. Azərbaycanın kişi voleybolçuları isə Pakistan yığması ilə qarşılaşacaq.

Qadın voleybolçularımız isə Qırğızıstan millisini sınağa çəkəcək. Qadınların yarışında növbəti görüş isə Türkiyə və Tacikistan milli komandaları arasında oynanılacaq.

***

Voleybol yarışının birinci günündə Türkiyənin və Türkmənistanın kişi idmançıları qarşılaşıblar.

Görüşdə üstün oyun nümayiş etdirən Türkiyə voleybolçuları hər üç seti qələbə ilə başa vurublar. Yarışın əsas favoritlərindən olan Türkiyə yığması setləri 25:16, 25:14 və 25:22 hesabı ilə üstün bitirib.

Etikxeber.az

Read Previous

Pirallahıda yeni körpünün və Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı oldu – FOTOLAR – YENİLƏNİB (1)

Read Next

İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacağı açıqlandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir