Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin tanınmış müxalifət partiyalarından olan İYİ Partiyasında (İYİ Parti) növbədənkənar beşinci qurultay keçirilib.
Etikxeber.az xəbər verir ki, növbədənkənar qurultayın keçirilməsinə səbəb adıçəkilən partiyanın son-31 mart bələdiyyə seçkilərində yetərli şəkildə uğur qazana bilməməsi olub.
İYİ Partiyasının genəl başqanı,Türkiyənin tanınmış və nüfuzlu siyasətçilərindən olan Meral Akşənər isə bir müddət öncə verdiyi bəyantda yenidən sədrliyə iddiası olmadığını, siyasətdən çəkildiyini bəyan edib.
Odur ki, partiyanın bu gün Ankara şəhərində keçirilən növbədənkənar beşinci qurultayın yeni sədrin seçkisi keçirilib.
İlk tura dörd namizəd qatılsa da, namizdələrdən heç biri sədr seçilmək üçün yetərli səs ala bilməyib.
Eyni zamanda, birinci turda 327 səs almış Mehmet Tolga Akalın namizdəlikdən geri çəkildiyini bildirib.
İkinci turda 471 səs almış Koray Aydınla 370 səs almış Müsavat Dərvişoğlu mübarizə aparıblar.
Birinci turda Koray Aydına uduzan Müsavat Dərişoğlu ikinci turda 5 səs (ümumilikdə 570) çoxluğu ilə önə çıxıb.
Ancaq ikinci turda da yeni sədri seçmək-qalibi müyəyyənləşdirmək mümkün olmadğı üçün üçüncü tur keçirilib.
Müsavat Dərvişoğlu 611 səs alaraq, Meral Akşənərdən sonra İYİ Partiyasının yeni sədri-genəl başqanı seçilib.
Koray Aydın isə 548 səslə seçkiləri uduzub.
Təşəkkür çıxışında Dərvişoğlu Aydını ağabəyi, Akalını isə qardaşı adlandırıb və onlarla birlikdə mücalidəyə davam etməkdə qərarlı olduğunu bəyan edib.
Eyni zamanda, Meral Akşənər də Dərvişoğlunu sədr seçilməsi münasibəti ilə təbrik edib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az