İyunun 2-də buraxılış imtahanı keçiriləcək – DİM

İyunun 2-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən Etikxeber.az-a bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir.

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı Dövlət İmtahan Mərkəzinin saytından yükləmək olar.

Etikxeber.az

Read Previous

Prezident AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

“Bakıda möhtəşəm oyun keçəcək və hər kəs bundan zövq alacaq” – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir