İyunun 28-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək-BU GÜNDƏN

Bu gündən iyunun 28-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu – iyunun 26-ı və 27-də sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.

Qeyd edək ki, 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

Etikxeber.az

Read Previous

Azərbaycan Silahlı Qüvvələrinin-Qalib Ordunun yaranma günüdür – BU GÜN

Read Next

AVRO-2020: Səkkizdəbir final mərhələsi başlayır-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir