İzmirdə partlayış törədilib, iki terrorçu zərərsizləşdirilib, biri axtarılır…

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

Etikxeber.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.

Partlayış nəticəsində ən azı 7 nəfər yaralanıb.

Etikxeber.az

 

Read Previous

Yanvarın 6-na USD/AZN rəsmi məzənnəsi 1,7742 səviyyəsində müəyyən olunub

Read Next

Yeddi sərbəst güləşçimiz beynəlxalq reytinq cədvəlində ilk onluqda qərarlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir