Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
92 saylı Zərdab-Ucar Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva seçki kampaniyasını uğurlu şəkildə davam etdirir.
Etikxeber.az-a J.Əliyevanın Seçki Qərargahından daxil olan məlumata görə, deputatlığa namizəd bu dəfə Seçki Dairəsinə daxil olan Ucarın Bərgüşad kəndinin sakinləri ilə açıq havada və isti ortamda görüş keçirib.
Ucar seçiciləri də zərdablılar kimi, deputatlığa namizədi hərarət və sevgi ilə qarşılayıblar.
Onun ötən illər ərzində təkcə Zərdab üçün deyil, Ucarın 92 saylı Dairəyə aid olan kəndlərinin (Bərgüşad, Lək və Xələc) də problemlərinə, qayğılarına xüsusi həssaslıq və diqqətlə yanaşdığını dilə gətirib, deputatlarına minnətdarlıqlarını bildiriblər.
Xüsusilə, xeyli əvvəllərdə Bərgüşad kəndinin qazlaşdırılması, bu kəndi Ucarla birləşdirən əsas yolun təmir olunması, kəndə yeni elektrik xətlərinin quraşdırılması məsələlərinin həllində köməkliyinə görə ona təşəkkürlərini bildiriblər.
Çıxış edən kənd ağsaqqalları və ziyalılardan Hacı Səməd Alıyev, Səxavət Mehdiyev, Yusif Baxışov, Pərviz Xəlilov və başqaları Bərgüşad və digər iki kəndlə bağlı qaldırdığı bütün məsələlərə, ələlxüsus, Ucarın 5 kəndinin suya tələbatını ödəmək üçün Sirvan kanalının genişləndirilməsinə olan ehtiyacı ötən illərdə bir necə dəfə parlament kürsüsündən səsləndirdiyinə, bunu bir tələb kimi Nazirlər Kabineti qarşısında qaldırdığına görə, deputatlarına minnətdatlıq duyğularını ifadə ediblər.
Eyni zamanda, kənd Mədəniyyət Evinin əsaslı təmirə ehtiyac olduğunu deputatlarının illər ərzində diqqət mərkəzində saxladığı üçün ona təşəkkürlərini bildirib, o cümlədən, bu məsələnin həllinin tapması üçün bundan sonra da köməkliyini əsirgəməməsini ondan xahiş ediblər.
Çıxışçılar daha sonra Ucar-Zərdab-Ağcabədi yolunun əsaslı təmir-tikinti işlərinin plana salınması və başladılaraq sürətlə davam etdirilməsinə görə, başda ölkə Prezidenti olmaqla, aidiyyatı qurumlara və şəxslərə, o cümlədən, deputatlarına təşəkkürlərini dilə gətiriblər.
Etikxeber.az