Jalə Əliyeva da-SEÇKİLƏRƏ GEDİR, AMMA TƏLƏSMİR…

Yeddi çağırış Milli Məclisə (MM) seçkilərlə bağlı artıq bir çox siyasi partiyalar və müstəqil-bitərəf şəxslər öz namizdələrini, namizdəkilikləri açıqlamaqdadırlar.

Sonuncu-altıncı çağırış MM-də təmsil olunan müstəqil (bitərəf) deputatlardan və partiya sədrləri olan millət vəkillərindən də artıq bir neçəsi seçkilərlə bağlı qərarlarını verib və bunu mediaya, ictimaiyyətə açıqlayıblar.

Müstəqil deputatlardan Zahid Oruc, professor Musa Qasımlı artıq öz namizədliklərini irəli sürüb və müvafiq Dairə Seçki Komissiyalarına (DSK) sənədlərini təqdim ediblər.

Amma bitərəf-müstəqil deutatlardan bir çoxu hələ də öz namizədlikləri ilə bağlı tam mövqelərini açqlamayıb, yekun qərarlarını verməyiblər.

Daha doğrusu, bəziləri tərəddüd içində, bəziləri isə tələsməməkdə qərarlıdırlar.

2005-ci ildən, üçüncü çağırış MM-dən parlamentdə təmsil olunan, aktivliyi və fəallığı ilə seçilən, filologiya elmləri doktoru, professor, altıncı çağırış MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva da seçkilərlə bağlı yekun qərarını verməyənlər sırasındadır.

Özü də hələlik bu barədə danışmaq istəmədiyini qeyd edib.

Amma bəzən susqunluğun, susmağın, tələsik qərar verməməyin özü də bir razılıq əlamətidir.

Yəni, Jalə Əliyevanın da beşinci dəfə seçkilərdə iştirakı, beşinci dəfə öz şansını sınaması ehtimalolunandır.

Onun yenidən, bu dəfə də öz doğma dədə-baba yurdundan-Zərdabdan, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi gözlənilir və gözləniləndir.

Qalır təkcə Jalə Əliyevanın öz yekun qərarını açıqlaması…

Bütün hallarda deputatlığa namizədliyi haqq edənlərə, içində də Jalə xanıma uğurlar olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezidentliyə sabiq namizəd, parlamentin Komitə sədri-BU DƏFƏ BƏRDƏNİ YOX, XƏTAİNİ SEÇDİ, ZAHİD ORUC 33 SAYLI XƏTAİ 1-Cİ SEÇKİ DAİRƏSİNDƏN NAMİZƏDLİYİNİ VERDİ

Read Next

Seçicilərin təşəbbüs qrupu tərəfindən Azay Quliyevin deputatlığa namizədliyi irəli sürüləcək-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir