Jalə Əliyeva QDİƏT PM-də nədən bəhs edəcək? – AÇIQLAMA – YENİLƏNİB

Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 51-ci iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən  Etikxeber.az-a bildiriblər ki, Milli Məclisin deputatı Jalə Əliyeva iclasda iştirak etmək üçün oktyabrın 1-dən 4-dək bu ölkədə səfərdə olacaq.

sifiya

Komitə iclasının açılış mərasimində Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev, digər rəsmi şəxslər çıxış edəcəklər.

Gündəlik qəbul edildikdən sonra QDİƏT PM-in mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu ilin aprelində keçirilmiş 50-ci iclasının protokolu təsdiqlənəcək.

“QDİƏT regionunda turizmin inkişafının cari və gələcək perspektivləri” mövzusuna həsr olunmuş 51-ci iclasda, həmçinin məruzə və tövsiyələr dinləniləcək.

Deputat mövzu ətrafında diskussiyalarda çıxış edəcək.

***

J.Əliyevanın özünün saytımıza bildirdiyinə görə, iclasda onun da çıxşı nəzərdə tutulur.

Çıxışı isə “Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri” adlanır.

Turizmin inkişafının son illər Azərbaycanın prioritetlərindən birinə çevrildiyini deyən millət vəkili ölkəmizdə bu istiqamətdə əvvəllki illərlə müqayisədə böyük uğurlara nail olunduğunu bildirib.

jala

“Çox qısa zaman ərzində Azərbaycan artıq həm də turizm ölkəsinə çevrilib. Bunun üçün heç də uzağa getmək lazım deyil. Şəhərimizin, paytaxtımızın küçələrinə çıxsaq, bunun əyani şahidi olarıq. Şəhərimizə, Bakımıza gələn turistlərin sayı gündən-günə artır. Eyni zamanda, ölkəmizin turizm, istirahət bölgələrində bu artımı əməlli-başlı görmək mümkümdür. Bunlar da heç şübhəsiz ki, ölkəmizdə turizmin inkişafına dövlət, ölkə rəhbərliyi səviyyəsində  göstərilən diqqət və qayğı ilə bağlıdır. Dövlət başçımız cənab İlham Əliyev bütün çıxışlarında turizmin inkişafına böyük yer ayırır. Elə Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin də qatıldığı sonuncu IX Azərbaycan-Rusiya Regionlararası Forumun rəsmi açılış mərasimində çıxışı zamanı dövlət başçımız turizm məsələsinə də diqqət yönəltdi, bildirdi ki, “Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq”.

Həmçinin, Forum zamanı məlum oldu ki, Azərbaycan sahibkarlarının sayəsində Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Həmçinin Xəzərdə birgə dəniz kruiz səyahətlərini inkişaf etdirmək planlaşdırılır və sair. Yəni, bunlar onu göstərir ki, turizmin inkişafı baş hədəflərdəndir və bu istiqamətdə görülən işlər, atılan adfımlar öz müsbət nəticələrini və töhfələrini verməkdədir. Bu baxımdan, turizmin inkişafı, bu istiqamətdə qanunvericilik bazasının gücləndirilməsi və mütərəqqiləşdirilməsi məsələsi biz parlamentarilərin diqqət mərkəzindədir və belə də olmalıdır. Bizlər də bu məsələyə öz töhfələrimizi verməliyik və odur ki, QDİƏT PM-in iclasında bu mövzuda çıxış etməyi məqsədəuyğun saydım”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Etikxeber.az

 

Read Previous

İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərdi

Read Next

Milli Məclisin payız sessiyası başlayır – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir