Jalə Əliyeva son izdihamlı tədbirini Nurəngiz Günün-“MƏN GÜLÜRƏM”İ İLƏ YEKUNLAŞDIRDI – FOTOLAR

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə fevralın 6-da Zərdab şəhərinin mərkəzində, Mədəniyyət Evində təhsil işçiləri, müəllim kollektivləri ilə görüş keçirib.

Deputatlığa namizədin Seçki Qərargahından Etikxeber.az-a daxil olan məlumata görə, bu görüş də əvvəlkilər kimi, çox izdihamlı, coşqulu, 600 nəfərin iştirakı ilə keçirilən bir görüş olub.

Belə ki, yenə də Mədəniyyət Evinin, Zərdabi parkının ətrafı insanlarla, görüşdə iştirak etmək istəyənlərlə dolu olub.

Amma yer məhdudluğu üzündən onlar zala daxil ola bilməyiblər, həyətdən və ayaqüstə görüşü izləməli olublar.

Eyni zamanda, görüşə Bakıdan gələn qonaqlar, tanınmış ziyalılar da qatılıb.

Jalə Əliyevayanın müəllimi olmuş Bakı Dövlət Universitetinin (BDU) qocaman müəlliməsi, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar İttifaqının, Jurnalistlər İttifaqının üzvü Sona Çərkəzova onu dəstəkləmək, xüsusilə,  son bir neçə gündə deputatlığa namizədin ünvanına digər namizədlər tərəfindən atılan şər, böhtanlara dözə bilmədiyi və cava vermək üçün Bakıdan məlum görüşə gəlib

Digər iki qonaq isə  deputatlığa namizədin ailə üzvləri olub.  

Belə ki, Zərdabın- böyük nəsili Jalə Əliyevanın ulu babalarının, Əliyevlər nəslinin, bir vaxtlar Zərdab, Ucar, Göyçayda fəaliyyət göstərən Əliyevlər fabrikinin sahibi olmuş bir nəslin son yadigarları, mogikanları-İfrat xanım ƏliyevaRaya xanım Əliyeva (Jalə xanımın bibiləri)  görüşə gəlib iştirak ediblər. 

Qeyd edək ki, İfrat xanım Əliyeva filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, “Tərəqqi” medallıdır. Raya Əliyeva isə Əməkdar maarif işçisi,  Tərəqqi medallı, bir çox ümumrespublika səviyyəli mükafatların laureatı, böyük bir ziyalı nəslin yetişməsində  böyük xidməti olan  maarif xadimidir.

Bir daha qeyd edək ki, Jalə Əliyevanın doğulub böyüdüyü nəslə, nə verilən tərbiyəyə, nə əxlaqına, nə mənəviyyatına heç bir şəkildə uyğun olmayan şəkildə ona iftiralar, böhtanlar yağdırılması, zorla ağa qara deməyə çalışılması onu sevənlərin hamısını bugünlərdə narahat edib. 

Və son  izdihamlı toplantı həmin o sevginin böyük bir nümunəsi,  çirkin kampaniyanı aparanlara etiraz cavabı olub.

İnsanlar öyrədilmiş şəkildə bu görüşə göndərilən bloggerlərin qarşısına çıxıb öz fikirlərini bildiriblər.

Eyni zamanda, görüş iştirakçıları seçimlərinin birmənalı və Jalə Əliyeva olduğunu bəyan edilər.

Deputatlığa namizəd isə izdihamlı görüşü anası, Azərbaycanın tanınmış söz ustadı-şairə Nurəngiz Günün dahi Mizə Ələkbər Sabir ithaf etdiyi “MƏN GÜLÜRƏM” şeiri ilə (ixtisarla) yekunlaşdırıb.

Həmin şeiri (ixtisarla) təqdim edirik:

Toxunur qəlbimə

Kələkötür bir nadan –

Mən gülürəm,

Gülməyi öyrənmişəm binadan, lap olanı anadan –

Mən gülürəm.

Tanıyası olası: Ördəyi, qazı, qutanı,

Yaxud, ayıra bildiyimdən

birini digərindən

Yəni cini, şeytanı, bir də bu moltanını –

Mən gülürəm.

Vay, vay! Baba, vay!

heç elə bil bəşər deyillər,

Kin udub, kin üfürüb, cikkildəşib, şər danışırlar –

Mən gülürəm.

… Böhtanlar, qeybətlər səf kimidir,

Canım evi nişangah, ürəyim hədəf kimidir.

Yağdıran hey yağdırır,

Namxuda sinirlərim dəf kimidir…

Eynimə almayıram xortdanları, cırtdanları,

Baxınız, yaxşı baxız, dişlərim sədəf kimidir! –

Mən gülürəm.

A baba,

Sən bunun, bu kişinin motal kimi qarnına bax,

Daz başı, kamodpaça qılçasına,

Üçcə qarış boyuna bax…

Hələ sən bu arvadın zəhər yağan sifətinə,

Sözünə, söhbətinə, keçmişinə, yaşına bax!

Sən canun, yazı yazan, cümlə pozan naşıya bax! –

Gözünün kölgəsinə, alnının ləkəsinə

atılan oxuna bax,

hikkəsinə, daşına bax! –

Mən gülürəm.

Turşumuş üz gözlərə göz dağıyam,

billahi lap, güllə kimi tuş oluram,

uğunub keçinməkdən, tirtab düşüb,

İndi də bihuş oluram, ölməyirəm,

Mən gülürəm.

Olmuşam şad, xürrəm, şən –

Mən gülürəm.

Pah atonnan! Mən ölüm, sən buna bax!!!

Tüklərimdir ürpəşən,

Baba,

Büsbütün ruh və bədəndir titrəşən,

Mən gülürəm.

Bəzən də vaxt olur ki, gördüklərimdən

hönkürüb ağlayıram, gözümü bağlayıram

Mən gülürəm!!!

Etikxeber.az

Read Previous

Məşhurlar, ulduzlar, sənətkarlardan Ziyad Səmədzadəyə-DƏSTƏK NÜMAYİŞİ, DƏSTƏK YAĞIŞI – FOTOLAR

Read Next

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi üzrə sınaq imtahanı keçiriləcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir